Ötən həftə Yaponiyada anomal istilər 39 nəfərin həyatına son qoyub.

Unikal.org  "Life.ru"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Yanğınsöndürmə İdarəsinin məlumatında bildirilir.

Qeyd edilir ki, daha 3,7 min nəfər günvurma ilə əlaqədar xəstəxanalara müraciət edib.

İsti hava şəraitindən daha çox ölkənin mərkəzi və qərb regionlarının sakinləri əziyyət çəkir. Dağlıq Qifu prefekturasında ötən bazar günü müsbət 39 dərəcə temperatur qeydə alınıb. Bu, yayda rekord göstəricidir. Hətta Tokioda səhərlər havanın hərarəti müsbət 33 dərəcədən aşağı düşmür.

Xəstəxanalara yerləşdirilənlərin əksəriyyəti yaşlılardır.