Tailandda bəy  öz toyunda qaçıb.  

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  24 yaşlı Manov Jutatip Nimnual və 20 yaşlı Phakin Junjerm evlənib, öz toy mərasimlərini bütün dünyaya izlətdirmək fikirinə düşüblər. 

Hətta gəlin toy günü sosial şəbəkədə canlı yayın açaraq toydan görüntüləri nümayiş etdirmək istəyib. Lakin toyun gedişatında gəlin çıxılmaz vəziyyətdə qalıb. Belə ki, 24 yaşlı bəy onu tərk edib və toydan qaçıb. 

Məsələdən xəbər tutan gəlin  mikrofonu götürərək qonaqlara vəziyyəti izah edib.