Fransanın şimal-şərqindəki Kale şəhərində miqrantlarla toqquşma nəticəsində 4 polis əməkdaşı xəsarət alıb.

Unikal.org bildirir ki, toqquşma miqrantlar Kale limanı yaxınlığında yerləşən sənaye zonasına daxil olmağa çalışarkən başlayıb.

Miqrantlar onların qarşısını kəsməyə çalışan polislərə daş atıblar.

Bir müddət davam edən toqquşmadan sonra miqrantların qarşısı alınıb.