İranın Ərdəbil əyalətinin şimalında Parsabad - Cəfərabad magistral yolunda baş vermiş yol qəzasında 3 Azərbaycan vətəndaşı həyatını itirib.

Unikal.org APA-ya istinadən xəbər verir ki,  avqustun 31-də  günün ikinci yarısında  Parsabad-Cəfərabad magistral yolunun Əcirlu bölgəsində iki minik avtomobili toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.Ərdəbil əyalətinin yol polis rəisi general Höccət Fəttahi açıqlamasında bildirb ki, "Peugeot markalı minik avtomobili ilə  Azərbaycan vətəndaşının idarə etdiyi "Land Cruise markalı avtomobil toqquşub. "Hadisə nəticəsində ölənlərin hər üçü Azərbaycan Respublikası vətəndaşıdır.