"Mərkəzi Afrika Respublikasında (MAR) ölən jurnalistlərin kimliyinin təsdiqi prosesi başa çatıb, onların kimlikləri təsdiqlənib".

Unikal.org TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, MAR-da öldürülən jurnalistlərin meyitləri yaxın günlərdə vətənlərinə çatdırılacaq.

O həmçinin ölən jurnalistlərin Afrika ölkəsinə turist kimi daxil olduqlarını söyləyib.

Xatırladaq ki, dünən Rusiyanın MAR-dakı səfirliyi respublikanın paytaxtı Banqidən şimalda yerləşən Sibyu şəhərində 3 nəfərin öldürülməsi ilə bağlı məlumat yayıb. Sonra Rusiya Xarici İşlər Nazirliyindən meyitləri iyulun 30-da aşkar edilmiş şəxslərin üzərindən Kirill Radçenko, Aleksandr Rastorquyev və Orxan Camalın adına olan jurnalist sənədləri tapıldığı bildirilib.