Bu gündən etibarən Şengen zonasına girişinə qadağa qoyulan turistlər Bolqarıstan ərazisində buraxılmayacaqlar.

Unikal.org  "Novosti Bolqarii" portalına istinadən xəbər verir ki, bu tədbirlər Avropa İttifaqı (Aİ) Şurasının qərarına uyğun olaraq görülüb.

"Aİ Şurasının qərarı Şengen informasiya sisteminə daxil olan bütün ölkələrə aiddir. Bolqarıstan Şengen zonasına daxil olmasa da, bu sistemə aid ölkələrdən biridir", - məlumatda deyilir.

"Solveks" şirkətinin rəhbəri Dimitar Tsonevin fikrincə, Bolqarıstan hökuməti ilk növbədə ölkəni Avropaya gələn afrikalı və asiyalı qanunsuz miqrantlardan qorumaq istəyir. Adətən, məhz onlar tez-tez sərhədi qanunsuz yolla keçdiklərinə görə persona non-qrata elan edilir və Aİ-dən çıxarılırlar.