ABŞ-da bədən tərbiyyə müəlliməsi işləyən qadın 16 yaşlı tələbəsini zorlamaqda ittiham olunur. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Hamilton Ali Məktəbinin bədən tərbiyəsi müəllimi və voleybol məşqçisi Hilari Datilo 16 yaşlı qız tələbəsinə təcavüz edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ötən il baş verən hadisənin üstünü tələbənin valideynləri açıb. 

Məhkəmə qarşısına çıxarılan 30 yaşlı qadının müəllimlik lisenziyası əlindən alınıb. Həmçinin onun həmin məktəbə yaxınlaşmnasına qadağa qoyulub. Belə ki, həmin ali məktəbdən min futdan (təxminən üç km - S.M.) yaxın məsafədə yaşaya bilməz.

Qərara əsasən Hilari Datilo beş il müddətinə islahedici mərkəzdə davranış üzrə terapiya proqramı keçməli, ictimai işlər görməlidir. 

Datiloya narkotik vasitələr, spirtli içkilərdən istifadə və qurbanla əlaqə qurmaq qadağan edilib. Onun adı 15 il müddətinə seksual cinayətkarların siyahısında əlavə olunub.