Fransanın məşhur Eyfel qülləsi avqustun 1-dən ziyarətçilər üçün bağlanıb.
Unikal.org "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, buna səbəb kimi personalın tətil etməsi göstərilir.
Qüllənin sabah açılıb-açılmayacağı barədə dəqiq məlumat verilmir.
Qüllənin rəsmi "Twitter" səhifəsində onun bağlanması barədə məlumat fransız və ingilis dillərində yerləşdirilib.