Bərdə rayonunda kütləvi dava baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə nəticəsində rayon sakini, 1983-ci il təvəllüdlü Elçin Əli oğlu Məmmədov tərəfləri sakitləşdirmək istəyərkən ağır baltayarası alıb.
O, baş, kürək nahiyəsinin çapılmış yarası ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib,vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.