2018-ci ilin 6 ayı ərzində Azərbaycanda narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1 853 fakt aşkar edilib.
Unikal.org bildirir ki,Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan verilən məlumata görə, aşkar edilən faktlardan 525-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1 180-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 118-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-nu isə digər cinayətlərlə bağlıdır.
Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 585 kq 686,765 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 6 958 ədəd çətənə kolu müsadirə olunub.
Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 510 kq 752,924 qr marixuana (32,2%), 199 kq 523,602 qr tiryək (12,6%), 803 kq 880,072 qr heroin (50,7%), 51 kq 356,945 qr həşiş (3,2%), 16 kq 215,884 qr digərləri (1%), 2 kq 886,845 qr psixotrop maddələr (0,2%), 2510,732 prekursorlar (0,1%), o cümlədən 2 kq 256,4 qr güclü təsir edən maddə, 1 kq 480,2 qr zəhərli maddələr, 0,01 qr Lizerqit (LSD) (0,7x0,7 ölçülü 140 ədəd karton lövhə), 397 flakon mydrax 100% və 4961 ədəd həb təşkil edib.