Xudat şəhər sakini Namik Nəsrullayev becərdiyi 13 ədəd çətənə kolunu Quba Rayon Polis Şöbəsinə təhvil verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Unikal.org-a verilən məlumata görə, avqustun 2-də Xaçmaz Rayon Xudat şəhər sakini Namik Nəsrullayev Quba Rayon Polis Şöbəsinə müraciət edərək, bir ay əvvəl Xudat şəhəri ərazisində yerləşən meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edərək becərdiyi 13 ədəd narkotik xassəli çətənə - Kannabis bitkilərini könüllü olaraq təhvil verib.
Dindirilmə zamanı N.Nəsrullayev çətənə bitkilərini şəxsi istifadəsi üçün meşəlik ərazidə dibçəylərdə əkdiyi, lakin fikrindən daşınaraq könüllü olaraq Quba RPŞ-nə gətirərək təhvil verdiyi bildirib.
-‹Faktla bağlı araşdırmalar aparılır.