Venesuelada 2013-cü ildə hazırkı ölkə prezidenti Nikolas Maduronun andiçmə mərasiminə mane olan Yendri Sançesin meyiti tapılıb.
Unikal.org-un "Nasyonal" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı kişinin nəşini qonşuları onun evində aşkar ediblər.
Tapılan zaman Sançesin başında polietilen paket olub. Onun ölümünün səbəbləri barədə məlumat verilmir.
2013-cü ildə Maduronun andiçmə mərasimində Sançes mühafizəçini aldadaraq prezidentin olduğu tribunaya çıxıb. O, siyasətçini qucaqlayıb və ondan kömək istəyib.
"Nikolas, mən Yendriyəm, mənə kömək et",- deyə kişi qışqırıb.
Sançes bu hərəkətinə görə təqribən 1,5 il müddətinə azadlıqdan məhrum edilib.