Bir neçə gün öncə İtaliyanın Genuya şəhərinin mərkəz hissəsində yerləşən asma körpünün uçması nəticəsində ölənlərin sayı 43 nəfər çatıb.
Unikal.org-un məlumaıtına görə, körpünün uçması nəticəsində xəsarət alan rumıniyalı sürücü "San-Martino" xəstəxanasında dünyasını dəyişib.
Məlumata əsasən, bu gün xilasedicilər dağıntılar altından daha 4 nəfərin cəsədini aşkar edib. Ölkənin fövqladəHallar Nazriliyinin bildirdiyinə görə, itkin düşmüşlər siyahısında heç kim qalmayıb.
Hazırda xəstəxanalarda insident nəticəsində xəsarət alan 9 nəfər sağdır. Ancaq onlardan 8-nin vəziyyəti ağırdır.