"Star TVdə yayımlanan "İstanbullu gəlin serialının 3-cü mövsümünün ilk tanıtım çarxı yayımlanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi yeni mövsümündə yeni sürprizlərlə tamaşçılar qarşısına çıxacaq.

Belə ki, seriala yeni aktrisalar daxil olub. Bunlar "Yazın böyüklüyünü canlandıracaq aktrisa Ahsen Eroğlu, "Esmanın baldızı "Ülfet Kavaklı xarakterinə həyat verəcək aktrisa Meral Çetinkaya və onun rəfiqəsi "Günəş rolunda oynayacaq Nihal Yalçındır.

Xatırladaq ki, Zeynəb Günay Tan və Dəniz Koloşun rejissorluğu ilə çəkilən serialda baş rollarda Aslı Enver və Özcan Dəniz çəkilir.