Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən hacıların ilk qafiləsi Vətənə qayıdıb.
Unikal.org report-a istinadən xəbər verir ki, onları Heydər Əliyev Aeroportunda yaxınları qarşılayıb.
Hacıların səhhəti qənaətbəxşdir.
Sentyabrın 5-dək azərbaycanlı hacıların hamısı Vətənə qayıdacaq.
Xatırladaq ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb və bir nəfərin ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedən zəvvarlar əlavə 535 dollar ödəyiblər.
09:36
Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən hacıları Bakıya gətirən təyyarə gecikmə ilə havaya qalxıb.
Unikal.org xəbər verir ki, təyyarə iki saat gec yola düşüb. Təyyarə saat 11:30 radələrində Bakıya enəcək.
Qeyd edək ki, hacıları Azərbaycana gətirəcək ilk təyyarə reysinin Bakı vaxtı ilə səhər saat 05:00-da yola çıxması nəzərdə tutulurdu.