Uzun müddətdir komada olan türkiyəli məşhur aktyor Kənan İşığın sağaldığı ilə bağlı iddialar ortaya atılıb. Belə ki, şahidlər onu Bodrumdakı bir bağ evinin balkonunda gördüklərini deyiblər. Bu xəbər Kənan İşığın azarkeşlərini sevindirib. Lakin bu sevinc çox çəkməyib.
Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, şahidlərin gördüyü o şəxsin əslində aktyorun özünə çox oxşayan qardaşı Prof. Dr. Memet Cengiz Işık olduğu məlum olub.
Həkimlərin və onun yaxınlarının bildirdiyinə görə, məşhur aktyorun vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik yoxdur.
Xatırladaq ki,Kənan İşıq 4 il əvvəl getdiyi idman zalında saunadan çıxarkən ayağının sürüşməsi nəticəsində yıxılıb başını vurduqdan sonra uzun müddət komada qalıb.