Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə yeni Nazirlər Kabinetinin tərkibi açıqlanıb. Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, baş nazir Binalı Yıldırım prezident Ərdoğanla görüşdən sonra yeni hökumətin tərkibini açıqlayıb: Yeni hökumətdə nazir vəzifəsində yer alanlardan biri də elm, sənaye və texnologiya naziri vəzifəsinə təyinat alan Faruk Özlü olub. 
 
Türkiyə mətbuatı yeni nazirin ailəsi ilə bağlı maraqlı sujet hazırlayıb. Belə ki, Faruk Özlün böyük bacısı qardaşının nazir olmasını bazarda göy-göyərti satarkən eşidib. O fikirlərini belə ifadə edib: Qardaşımın nazir olmasına çox sevindim. Vətənimizə millətimizə xeyirli olsun. Qardaşımın nazir olmasını heç gözləmirdim".
 
Özülün 89 yaşlı anası Behiye Özlü da sevincini belə ifadə edib: "Mən övladımla qürur duyuram. Oğlumun nazir olmasına çox sevindim Mənim 5 övladım var. Onların hər biri öz zəhməti ilə dolanırlar. Farukda çox yaxşı övaladımdı. O səhərə qədər dərs oxuyurdu və nəticədə belə oldu".
 
Qeyd edək ki, bu gün nazir postunu tutan Faruk Özlü bu vəzifəyə təyin olunmasını cib telfonunda Binəli Yıldırımın canlı çıxışını izləyərkən bilib. Onu ilk dəfə millət vəkilləri təbrik ediblər. 
 
| ]