Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandalarının Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti rəqibləri müəyyənləşib.
Unikal.org xəbər verir ki, bunlar müvafiq olaraq, Ermənistanla Yunanıstan komandalarıdır.
V turun hər iki görüşü sentyabrın 28-də keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Dörd turdan sonra 8 xala və daha yaxşı göstəricilərə malik Azərbaycanın kişilərdən ibarət komandası 1-ci pillədə qərarlaşıb. Qadın millisi isə 6 xalla 13-cüdür.