"Qarabağ klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatları tarixinə düşüb.
Unikal.org Peşəkar Futbol Liqasının rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis 1992-ci ildən keçirilən yarışın 26 illik tarixində ən çox qələbə qazanan baş məşqçi ünvanına yiyələnib.
Bu rekord Azərbaycan Premyer Liqasının I turundan təxirə salınan "Zirə ilə matçda rəsmiləşib. 3:2 hesablı qələbə Qurbanovun çempionatlarda 205-ci uğuru olub. Klub karyerasında "Neftçi və "Qarabağa rəhbərlik edən mütəxəssis baş məşqçi kimi 13-cü mövsümündə, 347-ci qarşılaşmada rekord vurub. Onun komandaları matçların təxminən 59 faizində qalib gəlib.
V turun "Qəbələ ilə matçında əldə olunan 4:1 hesablı qalibiyyətlə rekorda şərik çıxan Qurbanov təxirə salınan matç keçirildikdən sonra aktivində 204 qələbə olan Ağasəlim Mircavadovun rekordunu arxada qoyub. Sonuncu "Qarabağ, "Bakı fəhləsi, "Şəmkir, "Neftçi, "Xəzər Lənkəranı ümumilikdə 343 çempionat oyununa çıxarıb.
"205ə çatan Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 2006/2007 mövsümündə debüt edib. Onun ilk qələbəsi "Neftçidəki debüt matçına təsadüf edib. 2006-cı il avqustun 6-da Qurbanovun yetirmələri "Gənclərbirliyini məğlubiyyətə uğradıb - 6:1.
Qeyd edək ki, ölkə çempionatlarının yeni rekordçusu "Zirə ilə matçda yubiley də qeyd edib. Qurbanov "Qarabağı bütün turnirlərdə (çempionat, kubok, avrokubok) üst-üstə 450-ci oyuna çıxarıb.