Slaven Biliçin Səudiyyə Ərəbistanının "Əl-İttihad klubunun "sükanı arxasına keçdiyini xəbər vermişdik.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssisin müqavilə şərtləri məlum olub. Yeni klubu ilə 3 illik müqavilə imzalayan 50 yaşlı mütəxəssis illik 8 milyon avro qazanacaq.

Əvvəllər "Hayduk, "Lokomotiv (Moskva), "Beşiktaş, "Vest Hem kimi komandaları çalışdıran xorvatiyalı məşqçi, ölkəsinin əsas və 21 yaşlılardan ibarət yığmalarının da "sükanı arxasında olub.