"Yuventusun hücumçusu Kriştiano Ronaldo ötən həftə ilin ən yaxşılarının açıqlandığı mükafatlandırma mərasimi ilə bağlı fikirlərini bölüşüb.
Unikal.org xəbər verir ki, portuqaliyalı futbolçu sosial şəbəkə hesabından verdiyi qısa açıqlamada mükafatları dəyərləndirib, keçmiş komanda yoldaşı Luka Modriçi "qızıl topu qazanması münasibətiylə təbrik edib:
"Modriçi aldığı mükafat münasibətiylə təbrik edirəm.
"Liverpulun və Misir millisinin hücumçusu Məhəmməd Salahın ilin ən yaxşı qoluna verilən Puşkaş mükafatını qazanması haqqında da danışan futbolçu, "Düzü, mənim vurduğum qol daha yaxşı idi. Həyat belədir. Bəzən qazanarsan, bəzən məğlub olarsan. Son 15 ildə səviyyəmi qorudum və gördüyüm işlərdən məmnunam deyib.
Ronaldo Turin şəhəri və ona dəstək olanlar haqqında da danışıb:
"Turini sevirəm. Gözəl şəhərdir. Mənə dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. Mənə dəstək olmağa davam edin, çünki hədəfim hər zaman bir nömrə olmaqdır.
"Bütün dövrlərin ən yaxşısı kimdir sualına 33 yaşlı futbolçu "təbii ki, mən cavabını verib.