Avropa Liqasının qrup mərhələsində "Qarabağın rəqibi olan "Arsenalın erməni futbolçusu Henrix Mxitaryan Bakıya gəlməyəcək.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ESPN telekanalının "Arsenal" üzrə müxbiri Mattias Karen şəxsi "twitter hesabından məlumat verib:
"Mənə məlumat veriblər ki, Mxitaryan Azərbaycana səyahət etməyəcək. Bu, futbolçunun Azərbaycan - Ermənistan münaqişəsi səbəbindən təhlükəsizlik məqsədiylə verdiyi şəxsi qərarıdır.
Karen 29 yaşlı yarımmüdafiəçinin Avropa Liqasının Bakıda keçiriləcək finalında iştirakının da sual altında olduğunu deyib:
"Arsenal Avropa Liqasının final oyununa vəsiqə qazana bilsə, Mxitaryan həmin görüşdə də iştirak etməyə bilər.
Oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ - Arsenal matçı saat 20:55-də start götürəcək.