Azərbaycan idman tarixinin ilk və yeganə görüntüsü - 1999-cu ildə çəkilmiş bu kadrlar sosial şəbəkədə böyük marağa səbəb olub.

Unikal.org xəbər verir ki, Azərbaycanın uşu-sanda üzrə ilk və yeganə dünya çempionu Canpolad Budaqovun 1999-cu ildə Honq Konqda baş tutan Uşu üzrə Dünya Çempionatında keçirdiyi döyüşlərdən kadrlar yayılıb. C.Budaqov həmin çempionatda 70 kq çıki dərəcəsində çıxış edib.

Görüntüdə dünya çempionumuzun iki döyüşü öz əksini tapıb. Komandamız yarışın keçirildiyi məkana Azərbaycan Uşu və Muaytay-Tayboks Federasiyalarının prezidenti, Əməkdar məşqçi, Əməkdar İdman Xadimi Azər Həsənsoyun rəhbərliyi ilə yola düşüb.

O zaman komandanın həm baş məşqçisi, həm də fədərasiya yaradıcısı olan A.Həsənsoyun rəhbərliyi ilə komandamız güclü məşqlərdən keçib. Bunun nəticəsində komandamız həmin yarışda 1 qızıl 2 gümüş medalla vətənə qayıdıb.

Qeyd edək ki, federasiya rəhbərliyi və idmançılar özülərini sanda üzrə dünya çempionu adlandıranlara qarşı daim mübarizə aparıblar.

Həmin bu görüntülərə izləyicilər tərəfindən də müsbət qarşılanıb və saxta dünya çempionlarına qarşı mübarizənin gücləndirilməsi kimi rəylər yazılıb.

Xatırladaq ki, bu günə kimi Azərbaycanın uşunun sanda növündə bir, taolu növündə isə 2 Dünya çempionu var.