AFFA İntizam Komitəsinin iclası keçirilib.

Unikal.org xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Topaz Premyer Liqasının 6-cı turunun "Qəbələ - "Keşlə matçında "Keşlənin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Birinci divizionun 5-ci turunun "Sabah-2 - "Keşlə-2 matçında "Keşlə-2nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Birinci divizionun 5-ci turunun "Sumqayıt-2 - "Qarabağ-2 matçında "Sumqayıt-2 və "Qarabağ-2 klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur.

Birinci divizionun 5-ci turunun "Zirə-2 - "Neftçi-2 matçının 70-ci dəqiqəsində "Neftçi-2nin futbolçusu Əsgər Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

Birinci divizionun 5-ci turunun "Səbail-2 - "Ağsu matçında "Səbail-2nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Birinci divizionun 5-ci turunun "Turan Tovuz - "Zaqatala matçında "Turan Tovuzun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 72-ci dəqiqəsində "Turan Tovuzun futbolçusu Şahin Quluzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Birinci divizionun 5-ci turunun "Şüvəlan - MOİK matçında MOİK-in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 90+2-ci dəqiqəsində "Şüvəlanın futbolçusu Elçin Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılarkən rəqib futbolçuya qarşı qeyri-etik ifadələr işlətdiyinə görə 4 oyun cəzalandırılır, klub 180 manat cərimə olunur.

Oyunun 90+3-cü dəqiqəsində MOİK-in futbolçusu Orxan Həsənov rəqibə qarşı təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalandırılır, klub 160 manat cərimə olunur.