Daha bir federasiya maliyyə problemləri səbəbindən dağılmaq təhlükəsi ilə üz-üzədir.
Unikal.org-un əldə etdiyi məlumata görə, millət vəkili Mirzəcan Xəlilovun oğlu Vüqar Xəlilov rəhbəri olduğu Azərbaycan Futnet Assosiasiyasının (AFNA) fəaliyyətini dayandıra bilər.
Belə ki, bir müddətdir qurum idmançıların maaşlarını ödəmir. Hazırda vəziyyət o yerə çatıb ki, federasiyada qadınlardan ibarət milli komanda fəaliyyət göstərmir. Kişlərdən ibarət yığmada isə cəmi 3 idmançı - Namiq İsgəndərov, Səyyar Hüseynov və Amid Nəzərov var.
Qurum daxilindən aldığımız məlumata görə, deputat oğlu federasiya ilə maraqlanmır. Hətta bu günə kimi, cəmi 2-3 dəfə quruma gəlib .
İş o yerə çatıb ki, federasiyanın saytı (www.afna.az) da fəaliyyətini dayandırıb.
Xatırladaq ki, AFNA ötən ilin mart ayında yaradılıb.