Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının 7-ci turu ilə bağlı dəyişiklik edib.

Unikal.org xəbər verir ki, bu dəyişiklik AFFA, "Qarabağ və "Keşlə klublarının rəsmi müraciəti əsasında həyata keçirilib.

Belə ki, Millətlər Liqasında 11 oktyabr tarixdə Farer adaları ilə səfərdə, 14 oktyabr tarixdə Malta ilə Bakıda keçiriləcək oyunlara daha yaxşı hazırlaşmaq məqsədi ilə Azərbaycan milli komandası 6 oktyabrda təlim-məşq toplanışına start verəcək. Bütün bunları nəzərə alan AFFA Peşəkar Futbol Liqasından 7-ci turun təqvimində dəyişiklik edilməsini xahiş edib.

Azərbaycan milli komandasının beynəlxalq oyunlarını və "Qarabağın ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil etməsini nəzərə alan PFL hesabat turunun təqvimi ilə bağlı aşağıdakı dəyişikliyə razılıq verib:

* Topaz Premyer Liqasının 7-ci turunun 6 oktyabr tarixdə keçirilməli olan "Zirə - "Qəbələ matçı 5 oktyabr tarixdə keçirilsin.

* Topaz Premyer Liqasının 7-ci turunun 6 oktyabr tarixdə keçirilməli olan "Keşlə - "Qarabağ matçı 31 oktyabr tarixdə keçirilsin.