Azərbaycanın qadınlardan ibarət şahmat millisi Gürcüstanın Batumi şəhərində keçirilən43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.
Unikal.org xəbər verir ki, yığma VIII turda meydan sahibləri Gürcüstan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının üstünlüyü ilə yekunlaşıb - 2,5:1,5.
Günay Məmmədzadə vəXanım Balacayeva rəqiblərini məğlub edib.Gülnar Məmmədova öz görüşünü heç-heçə ilə başa vurduğu halda,Zeynəb Məmmədyarova dueldən məğlub ayrılıb.
Bu nəticədən sonra qadınlardan ibarət milli komanda 13-cü xalını qazanıb.