Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında VIII turun görüşləri keçirilib.
Unikal.org-un məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığma komandası ABŞ-la üz-üzə gəlib. Qarşılaşma millinin məğlubiyyəti ilə başa çatıb - 1,5:2,5.
Yığma üzvlərindən yalnız Teymur Rəcəbov rəqibini məğlub edə bilib. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov uduzduğu halda, Arkadi Naydiçi rəqibi ilə xalları yarı bölüb.
Bu nəticədən sonra xallarının sayını 15-ə yüksəldən ABŞ kollektivi vahid lider olub. Azərbaycan millisi isə 13 xalla 3-cü yerdədir.