Avropa İnsan Haqları Məhkəməsi köhnə Rumıniyalı futbolçu Adrian Mutunun İngiltərə klubu "Çelsiyə 17 milyon avro təzminat ödəməsini tələb edən qərara qarşı etirazını rədd edib.
Unikal.org xəbər verir ki, bu barədə AİHM-in internet saytında məlumat yerləşdirilib.
Məlumata görə, müqavilə şərtlərini pozduğuna görə, "Çelsi klubuna 17 milyon avro təzminat ödəməsi qərarlaşdırılan Mutunun bu qərara etdiyi şikayətin yekdilliklə rədd edildiyi qeyd edilib.
Qeyd edək ki, Mutu 2004-cü ildə kokain istifadə etdiyi məlum olduqdan sonra 7 ay futboldan uzaqlaşdırılmış və "Çelsidən ayrılmışdı. Köhnə Rumıniyalı futbolçu, "Çelsidəki müqaviləsinin şərtlərini pozduğu səbəbi ilə FİFA tərəfindən 17 milyon avro təzminat ödəməyə məhkum edilmişdi. Daha sonra Beynəlxalq İdman Təhkim Məhkəməsi 2009-cu ildə Mutuya verilən cəzanı təsdiqləmişdi.