Beynəlxalq Şahmat Federasiyasında (FİDE) prezident seçkiləri keçirilib.

Unikal.org xəbər verir ki, FİDE-də Kirsan İlyumjinov erası başa çatıb. Təşkilatın yeni prezidenti də rusiyalı olub.

Rusiyanın baş nazirinin sabiq müavini Arkadi Dvorkoviç beynəlxalq şahmat federasiyasının yeni prezidenti seçilib.

Onun namizədliyini 103 nəfər dəstəkləyib. FİDE-nin vitse-prezidenti Georgias Makropulosa isə 78 nəfər səs verib. İngilis Naycl Şort isə səsvermədən əvvəl namizədliyini Dvorkoviçin xeyrinə geri götürüb.

Kirsan İlyumjinov FİDE-yə 1995-ci ildən başçılıq edirdi.