"Stok Sitinin hücumçusu Piter Krauç həyat yoldaşı ilə münasibətlərindən danışıb.
Unikal.org xarici mətbuata istinadın xəbər verir ki, Krauç həyat yoldaşının futbolu sevmədiyini deyib. O, evdə az olduğu üçün müəyyən problemlər yaşandığını da etiraf edib:
"İndi mənim vaxtım bir qədər çox olur və təbii ki, ailəmə daha yaxın ola bilirəm. Ancaq əvvəllər belə deyildi, xüsusən də, "Liverpulda oynayanda.
Həyat yoldaşım futbolu sevmir. Amma buna baxmayaraq, əminəm ki, o, mənim əldə etdiklərimlə qürur duyur.
Yadımdadır, bir dəfə oyunun başlamasına 10 dəqiqə qalırdı ki, zəng edib soruşdu: "Sən hardasan?
Mən bir çox klublarda oynamışam və nəhayət ki, ailəmi tapmışam.
Krauç "Liverpulda 2005-2008-ci illərdə çıxış edib. O, İngiltərə yığmasında 42 oyun keçirib, 22 qol vurub.