Məhkəmə ötən il dünyasını dəyişən üçqat olimpiya və dünya çempionu, keçmiş ağır atlet Naim Süleymanoğlunun qızı olduğunu iddia edən yaponiyalı Sekai Morinin xeyrinə qərar çıxarıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yapon qız "atalığın müəyyən olunması ilə bağlı məhkəməyə baş vurub.
10 dəqiqə davam edən məhkəmədə hakim Tibb Qurumunun hesabatının təqdim edildiyi açıqlayıb. Hesabatda bildirilir ki, DNT testinin nəticəsinə görə 99.99 faiz ehtimalla Sekai Mori Naim Süleymanoğlunun qızıdır.
Daha sonra məhkəmə atalıq iddiasının qəbuluna qərar verib.
Qeyd edək ki, ağır atletikanın əfsanəsi, türk idmançı Naim Süleymanoğludan ümumi dəyəri 2 milyon türk lirəsi ola 4-5 daşınmaz əmlak qalıb. O, ölümündən 4 ay əvvəl sahib olduğu torpaq sahəsini 2 milyon lirəyə sataraq məbləği qardaşının hesabına köçürüb. Atletin pulun övladlarına qalmaması üçün belə addım atdığı iddia edilir.