İrlandiyalı boksçu Konor Makqreqor yüngül çəkidə UFC kəmərinin sahibi olan rusiyalı Həbib Nurməhəmmədovla revanş döyüşü keçirmək niyyətindədir.

Unikal.org TASS-a istinadən xəbər verir ki, Makqreqor bunu öz "Twitter" mikrobloqunda yazıb.

"Əla zərbədir, revanş döyüşünü gözləyirəm", - deyə irland qaydasız döyüşçü yazıb.

Bazar günü iki idmançı arasında Las-Veqas şəhərində (ABŞ) keçirilən döyüş rusiyalı samboçunun qələbəsi ilə yekunlaşıb. Nurməhəmmədov yüngül çəkidə qazandığı bu 27-ci qələbə sayəsində UFC çempionu titulunu özündə saxlayıb.