İngiltərədə həyat yoldaşı ilə cinsi münasibətdə olan Basbi adlı qadının başına iş gəlib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 4 uşaq anası həyat yoldaşı ilə münasibətdə olarkən çarpayıdan yıxılıb və infarkt keçirib. Qadın yıxıldıqdan sonra iflic olub.

Əlil arabasına məhkum olan Basbi çarpayını satan şirkəti məhkəməyə verib və 1 milyon 400 min dollar təzminat tələb edib.

Firma isə 46 yaşlı qadının başına belə bir hadisənin gəlməsinin günahının onlarda olmasını qəbul etmir. Basbi isə iddiasını geri götürmür və məhkəmədən vaz keçmir.