"Milanın futbolçusu Suso, A Seriyasında "İnterlə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.
Unikal.org xəbər verir ki, İtaliya mətbuatına açıqlama verən Suso, "İnterin onu iki dəfə transfer etmək istədiyini deyib:
"İnter" iki dəfə məni transfer etmək istədi. 2017-ci ildə və bu yay. Ancaq mən "Milanda qalmağı seçdim. Başqa İtaliya klubuna keçmək barədə düşünmürəm. Nə vaxtsa "Milan məni göndərmək istəsə, onda başqa şey düşünəcəm.
"Milanda qaldığım üçün xoşbəxtəm. Cennaro Qattuzonun rəhbərliyi altında daha da inkişaf edirəm. Uşaq vaxtı onu həmişə televiziyadan izləyirdim. Onun düzgün vaxtda, düzgün yerdə olduğunu düşünürəm.
Hazırda ən çox sevdiyim futbolçu Eden Hazarddır. Onun oyunlarını izləyirəm. Topla çox gözəl rəftar edir. Onu izləməkdən yorulmuram.
Suso 2015-ci ildə "Liverpuldan transfer edilib.
"İnter - "Milan matçı oktyabrın 21-də keçiriləcək.