ABŞ prezidenti Donald Tramp jurnalist Camal Kaşıkçının İstanbul konsulluğunda öldürülməsi ilə bağlı Səudiyyə Ərəbistan rəhbərliyinin açıqlamasını böyük bir addım adlandırıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul konsulluğunda dava zamanı öldüyü deyilən Camal Kaşıkçı olayı ilə bağlı rəsmi Riyad rəhbərliyinin açıqlaması böyük bir addımdır.
"Ancaq hadisə ilə bağlı qiymətləndirməmiz hələ bitməyib. Hazırda Ərəbistanla bağlı qərar verməmiz hələ çox tezdir. Səudiyyə rəhbərliyinə bəzi suallarım olacaq. Bu mövzuda ABŞ Konqresi ilə birlikdə çalışacağıq."
Tramp, Səudiyyə Ərəbistan Şahzadəsi Məhəmməd bin Səlman ilə görüşdükdən sonra qərarlarını açıqlayacaqlarını izah edib: "Hazırda Səudiyyə Ərəbistanına İrana görə ehtiyacımız var. Bu ölkə vasitəsilə İrana qarşı tarazlı mübarizə aparırıq. Kaşıkçını öldürənlərin həbs olunmasını da vacib addım sayırıq".
Qeyd edək ki, Ağ Ev Kaşıkçının vəfatı ilə bağlı mərhumun yaxınlarına başsağlığı da verib.