Kanadanın qərb sahillərində 6,6 maqnitudada zəlzələ baş verib.

Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, ABŞ-ın Geologiya Xidmətinin (USGS) məlumatında görə, zəlzələ bu gün Bakı vaxtı ilə saat 09:39-da qeydə alınıb.

Yeraltı təkanların episentri Kanadanın Britaniya Kolumbiyası əyalətindəki Vankuver adasının qərb sahillərində yerləşən Tofino rayonundan 260,4 km şərqdə yerləşib. Zəlzələ ocağı 11 km dərinlikdə yerləşib.

Mümkün dağıntılar və ya itkilər barədə məlumat daxil olmayıb, sunami təhlükəsi yoxdur.