Rusiyanın Kaluqa vilayətində bədii film çəkilişi zamanı bədbəxt hadisə baş verib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki,kaskadyor Oleq Şilkin tankla vurulub.

Belə ki, təlimata əsasən tank kaskadyora yaxınlaşıb, ondan 3 metr məsafədə dayanmalı imiş, amma kaskadyorun üstünə çıxıb. Zərərçəkən xəstəxanaya aparılarkən yolda keçinib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.