Moskvada Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında görüş keçirilib.
Unikal.org TASS-a istinadən xəbər verir ki, V. Putin görüşdə amerikalı həmkarı Donald Trampla noyabrın 11-dək Parisdə görüşməyi təklif edib.
Həmin müddətədək Fransanın paytaxtında I Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunan tədbirlər keçiriləcək.
V.Putin amerikalı həmkarı ilə birbaşa təmasların faydalı ola biləcəyini bildirib: "təbii ki, ABŞ tərəfi belə təmaslarda maraqlı olarsa".
C.Bolton isə cavabında D.Trampın Rusiya Prezidenti ilə görüşməkdən məmnun olacağını vurğulayıb: "Əlbəttə, Prezident Tramp bu beynəlxalq tədbir çərçivəsində sizinlə böyük məmnuniyyətlə görüşər.
Xatırladaq ki, ABŞ və Rusiya prezdientləri arasında son görüş iyulun 16-da Finlandiyanın Helsinki şəhərində keçirilib.