Öldürüləcəyindən şübhələnən tibb bacısı iş yoldaşına məndən xəbər almasaz polisə məlumat verin deyib.

Unikal.orgxəbər verir ki, hadisə Britaniyada baş verib.

Belə ki, Kaversvallda qadın meyidi tapılıb. Araşdırmalar zamanı məlum olub ki, boğaraq öldürülən qadın "Royal Stoke University Hospitalda işləyən tibb bacısı 28 yaşlı Samanta İstvuddur.

Əməliyyat keçirən polis qadını öldürənin 32 yaşlı Maykl Stirlinq olduğunu aşkarlayıblar. Cinayətkar hadisəni törətdiyini etiraf edib. Maykl bildirib ki, Samantanı boğduqdan sonra cəsədini tərk edilmiş duz mədəninə atıb.

Məlumata görə, 32 yaşlı M.Stirlinq 28 yaşlı S. İstvudun nişanlısının bacısı ilə evli olub. O, arvadına Samanta ilə xəyanət edib.

Dostları bildirib ki, Samanta qorxurdu ki, Stirlinq münasibətləri barədə Keytiyə deyəcək.

Samanta öldürüldüyü günün səhəri iş yoldaşlarına işə gəlməsə, öldürülməsi ilə bağlı polisə xəbər vermək barədə mesaj yazıb.

O, işə 20 dəqiqə gecikdikdə iş yoldaşları polisə xəbər veriblər. Araşdırmalardan sonra Samantanın cəsədi tapılıb.