İngiltərədə bir orta məktəb şagirdlərinə tənəffüslərdə danışmağı və səs çıxarmağı qadağan edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,yeni qaydalara görə, tələbələr yalnız restoran, bufet və digər məkanında bir-birilə danışa bilərlər.

"Ninestiles" adlı məktəb rəhbərliyi valideynlərə göndərdiyi məktubda qərarın 5 Noyabr tarixindən qüvvəyə minəcəyini bildirib.Min dörd yüz şagirdi olan məktəb rəhbərliyi dəhlizlərə növbətçi müəllimlər qoyacaq. Birmingen şəhərində yerləşən məktəbdə qanunu pozanlar 20 dəqiqə saxlanılacaq.Qaydaları bir neçə dəfə pozan məktəblilərə verilən cəzalar artırılacaq.Bəzi valideynlər bu təcrübənin uşaqları yadlaşdıracağını bildirirlər. Məktəb idarəçiliyini müvəqqəti icra edən xanım direktorlar Aleks Hughes və Andrea Stephens, şagirdlərin bütün gün bu qaydaya riayət etməsinin vacib olduğunu deyiblər.