ABŞ-ın keçmiş Prezidenti Bill Klinton və həyat yoldaşı, sabiq dövlət
katibi Hillari Klintonun yaşadığı evə içində partlayıcı olan
bağlama göndərilib.
Unikal.org "Hürriyətə istinadən xəbər verir ki,bu, oktyabrın 22-də amerikalı məşhur milyader Corc Sorosa göndərilən bağlamanın oxşarı olub.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, Corc Sorosun Nyu-Yorkdakı evinin yaxınlığında partlayıcı aşkar edilmişdi.