Bill və Hillari Klinton cütlüyünün evinə göndərilən bombalı paketin həyəcanı bitməmiş ABŞ-da insanlar daha bir xəbərlə sarsılıblar.

Unikal.org Hürriyet-ə istinadən xəbər verir ki, ABŞ-ın digər keçmiş prezidenti Barak Obamanın da evinə bombalı paket göndərilib.

ABŞ-ın gizli xidmət mərkəzi Barak Obamanın Vaşinqtondakı evinə də bombalı paket göndərildiyi məlumatını yayıb.

Olayın ardınca prezident Donald Tramp bir açıqlama verərək Ağ Evin bu iki hadisəni də ciddi şəkildə nəzarətə götürdüyünü qeyd edib.

Faktla bağlı cinayət işi açılıb.