ABŞ-da daha bir bomba həyəcanı yaşanıb. CNN telekanalının binasına şübhəli bağlama göndərilib.
Unikal.org xəbər verir ki, bu barədə telekanalın əməkdaşı Erik Levinson "Twitter"dəki səhifəsində məlumat verib.
"Hazırda CNN-in Nyu-York ofisindəntəxliyyə həyata keçirilir. Ətraf polislə doludur, - o yazıb.
Hətta telekanalın jurnalistləri Poppi Harlou və Cim Sayato canlı yayımı küçədə davam etdirmək məcburiyyətində qalıblar.