Neftçalada yanğın qeydə alınıb.

Unikal.org  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Neftçala rayonunda ümumi sahəsi 54 m2 olan birmərtəbəli 2 otaqlı evin qamışdan ibarət tavanı 36 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.