Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Unikal.org-a verilən məlumata görə, oktyabrın 28-də saat 11 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakini Mübariz Atayev idarə etdiyi "JAC markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi Saat Mikayılovu vurub. Xəstəxanaya yerləşdirilmiş S.Mikayılov orada ölüb.
Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.