Şamaxı Rayon İcra Hakimiyyətinin yeni başçısı bu gün kollektivə təqdim edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev yeni başçı Tahir Nadir oğlu Məmmədovu kollektivə təqdim edib.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Tahir Nadir oğlu Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. T.Məmmədov bu təyinatadək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri vəzifəsində işləyib.
Famil Fərhadoğlu