Bakı-Qazax avtomobil yolunda bir neçə nəfərin yaralanması ilə nəticələnən yol qəzası olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, yolun Şəmkir rayonunun Zəyəm qəsəbəsindən keçən hissəsində "Qazel" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər yaralanıb.

Onlardan 1960-cı il təvəllüdlü İsgəndərov Fərhad Alı oğlu və 1954-cü il təvəllüdlü Cəmil Ələkbərovun vəziyyətinin ağır olduğu bildirilir. Hər iki yaralı öncə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.