Paytaxtın Yasamal rayonunda yaşayış binasında yanğın olub.
Unikal.org-a FHN-dən verilən məlumata əsasən, ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin tavanı 1 m² sahədə və taxtadan ibarət arakəsmə divarı 4 m² sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.