İsmayıllı rayon sakini canına qəsd edib.
Unikal.org-un məlumatına görə, İsmayıllı rayon sakini 1994-cü il təvəllüdlü Gülməmmədli Bəxtiyar Zöhrab oğlu özünü yaşadığı həyətdə asıb. Onun axşam qonşularında olan yas mərasimindən gəldikdən sonra özünü asdığı bildirilir. Yaxınları onu ağacdan asılmış vəziyyətdə aşkar ediblər.
B. Gülməmmədlinin hansı səbəbdən intihar etdiyi bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Famil Fərhadoğlu